Yeni nəsil şəxsiyyət vəsiqələrinin hansı üstünlükləri var?

Day.Az представляет новость на азербайджанском языке

Heç bir quruma getmədən onlayn əməliyyatları həyata keçirmək mümkün olacaq. Başqa sözlə, yeni nəsil şəxsiyyət vəsiqələri ilə elektron hökumət portalındakı xidmətlərdən tam yararlanmaq mümkün olacaq. Bu məqsədlə həmin vəsiqələrə "elektron imza" sertifikatları daxil ediləcək. Bu sertifiaktlar 5 il müddətində etibarlı olacaq.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, yeni nəsil şəxsiyyət vəsiqələrinə "elektron imza" sertifikatları da daxil ediləcək...
Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində infrastruktur hazırlanıb. Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasovun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinə daxil ediləcək elektron imza sertifiaktları 5 il müddətində etibarlı olacaq.
Qanunvericiliklə 10-15 yaşına qədər vətəndaşların imza qoymaq səlahiyyəti olmadığından bu yaş qrupundan olan vətəndaşlar üçün autentifikasiya sertifikatları yazılacaq.
Yeni nəsil şəxsiyyət vəsiqələrini əldə edən şəxslər Elektron Hökumət portalında olan xidmətlərdən tam yararlana biləcəklər.
Gələn ildən yeni nəsil şəxsiyyət vəsiqələri üçün test mərhələləri həyata keçkiriləcək. Sistem özünü doğrultduqdan sonra isə növbəti illərdə dövriyyəyə buraxılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Yeni nəsil şəxsiyyət vəsiqələrinin hansı üstünlükləri var?