"Bozun əlli çaları" ilin ən darıxdırıcı filmi seçilib

8 декабря 2017 07:44

Day.Az представляет новость на азербайджанском языке

"NME" jurnalı oxucuları arasında sorğu keçirib və kinematoqrafiya tarixinin ən darıxdırıcı 20 filmini müəyyənləşdirməyə çalışıb.

Day.Az publika.az-a istinadən xəbər verir ki, reytinqləri qıran, baş rollarını Dakota Conson və Ceymi Dornanın canlandırdığı "Bozun əlli çaları" filmi səsvermədə 34% səs toplayaraq ən sıxıcı filmlər siyasında birinci yerdə qərarlaşıb.

Ümumilikdə 2 minə yaxın insanın iştirak etdiyi səsvermədə birinci yerə seçilən film insanları şoka salıb.

Ardıcıllıqla 2-ci yerdə isə 1999-cu ildə detektiv janrında çəkilən "Bler kaftarı" filmi olub. Bu filmə sorğu iştirakçılarından 29%-i səs verib. 3-cü pillədə isə 26% səslə "Ulduz müharibələri. I Epizod" filmi qərarlaşıb.

Siyahıda həmçinin "Transformerlər", "Qozbel dağ", "Vanilli səma", "Artist", "Tanış olun, Co Blek" kimi filmlər də yer alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!