Heyva marmeladlı peçenyeni belə hazırlayın

Day.Az представляет новость на азербайджанском языке

Şirniyyat sevərlər fərqli ləzzətdə olan şirniyyatları dadmağı çox xoşlayır. Day.Az-ın ailem.az-a istinadən təqdim etdiyi heyva marmeladlı peçenye tam sizin ağız ləzzətinizə uyğundur.

Lazım olanlar:
 
250 qar kərə yağı
1 stəkan şəkər pudrası
1 yumurta
2,5 yemək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil
4,5 stəkan un
Üzərinə səpmək üçün 1 stəkan şəkər tozu
1 kasa heyva marmeladı
 
Hazırlanması:
 
Əvvəlcə xəmir üçün olan ərzaqlar dərin bir ləyənə tökülüb yoğrulur. Daha sonra xəmirdən qoz böyüklüyündə hissələr alıb, ovucda yuvarlayıb ortası barmaqla aşağı basılır. Daha sonra şəkər tozuna bulayıb, soba qabına düzülür. Əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada bişirilir. Soyuduqdan sonra isə üzərinə heyva marmeladı qoyulur və servis edilir.
 
Nuş olsun! 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.