Azərbaycanın qara qızılının SON QİYMƏTİ

Day.Az представляет новость на азербайджанском языке

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 63,92 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,67 dollar/barel azdır.

Day.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 63,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 6-da 59,8 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 6-da 62,13 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.