"Leninqrad" qrupunun Bakıda konserti olacaq

8 декабря 2017 07:55

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın populyar "Leninqrad" qrupu iyulun 28-də ilk dəfə olaraq Bakıda "Jara-2018" musiqi festivalı çərçivəsində çıxış edəcək.

Day.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə məlumat sözügedən layihənin Instagram səhifəsinə yerləşdirilib.

"Dostlar, bizim sizin üçün tamamilə senzuradankənar xəbərimiz var. İyulun 28-də "Jara"da "Leninqrad" qrupu çıxış edəcək. Sevimli qrupunuzu və artistlərinizi gözləyin. Yaş məhdudiyyətinə diqqət yetirin. Yalnız həmin gün festivala 18 yaşına çatmayan şəxslər buraxılmayacaq" - deyə müraciətdə bildirilir.

İllik Bakı Beynəlxalq Musiqi festivalı "Jara" 2018-ci ildə 26-29 iyul tarixlərində Bakının Sea Breeze turizm kompleksində keçiriləcək.

"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrin populyar ekstrada ulduzları iştirak edir.

"Leninqrad" qrupu Sankt-Peterburqda Sergey Şnurov tərəfindən yaradılıb. Öz növbəsində çox sayda senzuradankənar sözləri olan və alkoqol-məişət mövzularında ekssentrik mahnıları ilə məşhurdur. Qrup öz yaradıcılığında truba, saksafon, trombon, tuba kimi nəfəsli alətlərdən geniş istifadə edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!