Bakıda sürücü maşınla orta yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

8 декабря 2017 09:20

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda orta yaşlı qadını avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Milli.Az report.az-a istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Xətai rayonunda baş verib.

Əhmədli qəsəbəsində 44 yaşlı İsayeva Lidiya Leonis qızını minik avtomobili vurub. Qadın ağır xəsarət alıb. Hadisəni törədən sürücü ərazidən qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!