“Məni niyə biabır edirsən?” - Maral qalmaqallı videosundan danışdı

8 декабря 2017 09:39

Day.Az представляет новость на азербайджанском языке

Bu günlərdə sosial şəbəkələrdə müğənni Maral Tahirqızıya məxsus olduğu iddia edilən intim video yayılıb.

Day.Az xəbər verir ki, bu haqda musavat.com-a danışan müğənni Maral Tahirqızı şəxsin icazəsi olmadan görüntülərinin yayılmasını qanunsuzluq adlandırıb: "Özünə, şərəfinə hörmət edən adam onu yaymaz. O video mənə heç nə edə bilməz. Adi küçədən keçən adamın belə, şəklini, videosunu çəkmək olmaz. Bu, insan hüquqlarına ziddir. Bir də o video ilə reytinq toplamaq da doğru deyil. Mənim qardaşım, bacım, yaxınlarım var. Axı, sən məni niyə biabır edirsən?"

Müğənni videodakı xanımın o olmadığını deyib: "Videodakı mən deyiləm. Bunu mənim sənətimə, şəxsiyyətimə xələl gətirmək, məni gözdən salmaq üçün ediblər. Sadəcə, həbsxanaya düşdüyümə görə belə edirlər. Halbuki, heç hakim məhkəmədə o pis adı mənə qoya bilməyib. Çünki ortada fakt, sübut yoxdur. Hələ bu günə qədər heç kəs, heç bir yaxınım görməyib ki, Maral xanım bir kişi ilə qol-qola gəzsin, evinə girsin. Əgər elə olsaydım, indi çoxdan başqa yerlərdəydim".

Müğənni həmin videonun məqsədli şəkildə hansısa jurnalist tərəfindən yayıldığını deyib: "Mən bilirəm ki, o, bir jurnalistdir. Hətta onun nömrəsi mənim telefonuma düşüb. Ola bilsin ki, onun arxasında hansısa qüvvələr dayanıb".

Müğənni məhkəməyə müraciət etməyəcəyini də qeyd edib: "Bilirsiz, dünya miqyasında ulduzlar o cür videolara çəkilib, çoxlu pul alırlar. Bu isə mənə yaraşmaz. Mən zamanında Kənd Təsərrüfatı Nazirliyinin iqtisadiyyat şöbəsində çalışmışam. Bundan əlavə də müxtəlif sahələrdə işləmişəm, yəni o səviyyədə olan adam deyiləm. Bütün bunlara görə məhkəməyə müraciət etməyəcəm. Çünki yayılan videolarda mənim fikirlərim yazılıb ki, oradakı mən deyiləm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!