"Prezidentin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini xalq öz təhlükəsiz həyatında görür"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir.

Day.Az xəbər verir ki bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsində yer alan "Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir" fikrinə münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, bu gün Azərbaycan əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür: "Ona görə də əhali Prezidentə inanır və dövlət başçısının ətrafında sıx birləşib".

Deputat vurğulayıb ki, Azərbaycan vətəndaşları dünyada baş verən hadisələri müşahidə edir və bütün bunlardan düzgün nəticə çıxarır: "Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub. Xalq da bunu görür və doğru seçim edir".

Qeyd edək ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.