Tanınmış aktyor və xanımı döyüldülər

Day.Az представляет новость на азербайджанском языке

"Ayrılsakta beraberiz" serialı ilə şöhrət qazanan aktyor Hakan Yılmaz və xanımı Elif Yılmaz 3 nəfər tərəfindən döyülüblər.

Milli.Az Hürriyet-ə istinadla bildirir ki, onlar ötən gün İstanbulun Etiler səmtindəki oteldə hücuma məruz qalıblar.

Aktyor Vural Yılmazın "Sən məni tanıyırsan?" sualına "Üzr istəyirəm, tanımıram" sözlərinə görə döyülüb. Vural "Sən məni niyə tanımırsan? Səni də, arvadını da öldürərik" deyərək aktyorla xanımına hücum edib.

Otelin işçiləri polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər 3 nəfəri polis bölməsinə aparıblar. Aktyor və xanımı isə xəstəxanaya aparılıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.