Fəhlə idi, YouTube sayəsində milyonçu oldu - FOTO

8 декабря 2017 11:09

Day.Az представляет новость на азербайджанском языке

26 yaşlı geymer Den Middlton ilin əvvəlindən bəri 14 milyon dollar xalis gəlir əldə edib. "Tesco" marketlər şəbəkəsinin marketlərindən birində adi fəhlə işləyən Deni "Forbes" jurnalı "Dünyanın ən varlı bloqeri" adlandırıb.

Day.Az bildirir ki, YouTube-da DanTDM niki ilə tanınan Den İngiltərənin Nortgempşir qraflığındakı Vellinqboro bölgəsində, Elderşot şəhərində doğulub.

Kompüter oyunlarını oynayan və bunu videoya çəkərək paylaşan, yəni "letspley"lə məşğul olan Denin YouTube-dəki profilinin 16,874 milyon daimi təqibçisi var. Onun hər videosuna minimum 1,5 milyon baxış olur.

Denin sözlərinə görə, pulları videosundakı reklamlarla yanaşı, tərəfdaş proqramları hesabına qazanır.

YouTube-un qaydalarına görə, profilində paylaşdığı videoya minimum 1000 baxış olan şəxs reklamlardan yararlana bilər.

YouTube hər 1000 baxışa 1,1 dollar pul ödəyir.

Den Middlton indi 97 günlük dünya turnesindədir.

Onun sözlərinə görə, bloqer karyerasına hələ Northempton Universitetində təhsil alanda, "Pokemon" oyununun letspeylini YouTube-dakı profilində paylaşmaqla başlayıb.

İndi onun videoları əsasən "Minecraft" oyunu ilə bağlıdır.

Den 2013-cü ildə sevgilisi Cemma ilə evlənib. Cemma da "Minecraft" oyununun fanatıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!