Türkiyədə dərslər təxirə salındı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Şimal Şərq əyalətlərindən olan Artvində güclü şaxta və qar səbəbi ilə dərslər təxirə salınıb.

Day.Az xəbər verir ki, bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, əlayətə yağan güclü qar nəticəsində şəhər mərkəzi ilə bəzi kəndlərin avtomobil əlaqəsi tamamilə kəsilib.

Qeyd edək ki, bundan əvvəl Qars əyalətində 13 dərəcə, Ardahanda 12, Ərzurumda 7 dərəcə şaxta qeydə alınmışdı.

Adı çəkilən əyalətlərdə əlverişsiz hava şəraiti səbəbindən bəzi kəndlərin şəhər mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.