Sumqayıtda dəhşətli qəzada ölənlərin adları

8 декабря 2017 10:48

Day.Az представляет новость на азербайджанском языке

Ötən gecə Sumqayıtda baş vermiş dəhşətli qəzada ölən şəxslərin adları müəyyənləşib.

Lent.az xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"də ölən şəxslərin 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu, 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu və Novruzov Azad Novruz oğlu olması məlum olub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə ağır xəsarət alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!