Lavrov: "İslamı terrorizmlə eyniləşdirmək olmaz"

8 декабря 2017 10:48

Day.Az представляет новость на азербайджанском языке

İslamı terrorizmlə eyniləşdirmək olmaz.

Day.Az Voice of People Today-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanadakı xristianların təhlükəsizliyi ilə bağlı keçirilən konfransda deyib.

O bildirib ki, "islam" və "terrorizm" kəlimələri arasında "bərabərdir" işarəsi qoymaq qəbul olunmazdır. Lavror qeyd edib ki, müsəlmanlar avropada təzyiqə məruz qalırlar.

"İslamı terrorizmlə eyniləşdirmək olmaz. Bunu məqalələrdə, karikaturalarda əks etdirmək doğru deyil. Bu, möminləri incitməkdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!