Fələstindən Trampa cavab zərbəsi

8 декабря 2017 10:49

Day.Az представляет новость на азербайджанском языке

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı qismində rəsmən tanımasına cavab olaraq Fələstin Milli Muxtariyyəti (FMM) ABŞ-ın Texas ştatını Meksikanın bir hissəsi qismində tanıyıb.

Day.Az The Beaverton-a istinadən bildirir ki, FMM-in yaydığı bəyanata görə, Texas ştatı 1840-ci ildə ABŞ tərəfindən ilhaq olunub.

"Rio Qrande çayından şimala və qərbə doğru olan ərazilər meksikalılar üçün çox vacibdir. Amerikalılar həmin ərazilərdə peyda olaraq özləri ilə quldarlığı gətirənədək Meksika o torpaqlara nəzarət edirdi. Sonra prezident Ceyms Polk Meksikanın bu ərazilərini işğal etmək üçün həmin torpaqlara qoşunlarını yolladı, Meksikanı Kaliforniya ştatından imtinaya vadar etdi. Nyu-Meksiko, Arizona, Nevada, Vayominq, Yuta və Kolorado ştatlarının böyük hissələri Meksika torpaqları olub. Yaxınlarda həmin ştatları da Meksikanın tərkib hissəsi qismində rəsmən tanıyacağıq", - Fələstin Milli Muxtariyyətinin yaydığı bəyanatda deyilir.

Fələstin lideri Mahmud Abbas isə bildirib ki, bu bəyanat "Meksika-ABŞ münasibətlərinə yeni baxışdır": "Ümid edirəm ki, bu mövqeyimiz ABŞ ilə Meksika arasında təhlükəsizlik və immiqrasiya sahələrindəki gərginliyi azaldacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!