Bütün Türkiyə ayağa qalxır - ABŞ-ın Qüds qərarına görə

8 декабря 2017 11:01

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin bütün vilayətlərində Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı kimi tanınmasına etiraz olaraq kütləvi aksiyalar keçiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, etiraz aksiyaları cümə məscidindən dərhal sonra başlayacaq.

Ankara və İstanbulda etirazlar ABŞ səfirliyi və baş konsulluğu qarşısında da keçiriləcək.

Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!