20 yaşlı qız dəm qazından zəhərləndi

Day.Az представляет новость на азербайджанском языке

Bakıda 20 yaşlı qız dəm qazından zəhərlənib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 7-i, saat 23 radələrində baş verib.

Səbail rayonu, 20-ci yaşayış sahəsində yaşayan 1997-ci il təvəllüdlü Vüsalə Abbasova mənzildə dəm qazından zəhərlənib.                          

O, Toksikologiya Mərkəzinə aparılıb, yardım göstərildikdən sonra evə aparılıb, vəziyyəti normaldır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.