Baş nazir bu idarənin avtomobillərini əlindən aldı

8 декабря 2017 11:34

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xidməti avtomobillərdən (3 ədəd) istifadəsinə xitam verilib.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərarda bildirilir.

Bu addım dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi məqsədilə atılıb.

Qərara görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti avtomobillərin say həddi (limiti)"nin 51-ci hissəsi ləğv edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!