Türkiyədə ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

8 декабря 2017 12:40

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu ümummilli lider Heydər Əliyevin Türk dünyasının dahi şəxsiyyətlərindən biri olduğunu vurğulayıb.

Baş müşavir qeyd edib ki, Türkiyə ərazisində keçiriləcək anım mərasimləri Heydər Əliyevi, onun fəaliyyətini Anadolu insanına bir daha xatırlatmaq məqsədi daşıyır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!