Yeni il yolkasının bəzədilməsi faciə ilə nəticələnib: 5 nəfəri "tok vurdu"

Day.Az представляет новость на азербайджанском языке

Qvatemalanın Meksika ilə sərhədində yerləşən El-Karmen-Frontera şəhərində Yeni il yolkasının bəzədilməsi faciə ilə nəticələnib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ağacın yüksəkgərginlikli naqillərə toxunması nəticəsində beş nəfəri cərəyan vurub.

Onlar hadisə yerində həlak olub. Yerli sakinlərin sözlərinə görə, Yeni il yolkası 20 ildən çoxdur ki, eyni yerdə quraşdırılırmış, amma bu müddət ərzində heç bir problem qeydə alınmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.