Elza: "Mənim üçün ən gözəl qadınlar ayağı əyri olanlardı"

8 декабря 2017 12:23

Day.Az представляет новость на азербайджанском языке

Müğənnilər son vaxtlar bir-birinə oxşayır. Onları ayırd edə bilmirəm. Müğənninin öz səsi, cizgiləri, xarakteri, mimikası olmalıdır.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Düz bazar" verilişində deyib.

Müğənni sənətçiləri tənqid edib, onları özlərinə baxmamaqda günahlandırıb:

"Qadın müğənnilərimiz "xaltura" edirlər. Kişi müğənnilər özlərinə daha yaxşı baxırlar. İdmana gedirlər, pəhriz saxlayırlar. Qadınlar isə güc veriblər plastik əməliyyata, pul yığmağa. Mənim üçün ən gözəl qadınlar ayağı əyri olanlardır. Bəzisi var əyri ayağını gedib düzləşdirir, ona yaraşmır. Allah onu belə yaradıb.

Müğənnilərimizin əksəriyyəti yaxşı pul qazanır. Qazandığımızı sənətə xərcləməliyik. Bu gün acından ölmürəm. Beşindən aşağı yaşasam da, beşindən yüksəkdəyəm. Bu gün hər yerdə keçərliyəm. Çünki sənətimi ucuzlaşdırmıram.

Bir çoxları qazandığını paltara, plastik əməliyyata verir, mahnı almır. Gedib bayağı mahnı oxuyur ki, toy tutsun".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!