Film çəkilişinə qadağa qoydu - "Mançester Yunayted"dən “Siti” ilə bağlı sərt qərar

8 декабря 2017 12:49

Day.Az представляет новость на азербайджанском языке

"Mançester Yunayted" rəhbərliyi "Mançester Siti" ilə bağlı çəkilən filmə qadağa tətbiq edib.

Day.Az komanda.az-a istinadən xəbər verir ki, filmi "Amazon Prime" kompaniyası çəkir. Kompaniya bəzi epizodları dekabrın 10-da "Old Trafford"da keçiriləcək Mançester derbisi zamanı lentə almaq niyyətindəymiş.

Ancaq MY rəhbərliyi kompaniyaya "Old Trafford"da çəkiliş aparmağı qadağan edib. Rəhbərlik bildirib ki, "Amazon Prime" kompaniyasının çəkiliş qrupu üçün yer ayırmaq mümkün deyil.

MY-dən bildiriblər ki, həmin gün stadionda 23 çəkiliş qrupu olacaq ki, onlardan da 19-u əcnəbilərdi. Kompaniya artıq 4 aydı ki, sənədli filmin çəkilişlərini aparır. Filmin büdcəsi 11,3 milyon funtdu.

Filmin gələn il ekranlara çıxacağı gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!