Ayrılan Natavan-Dado cütlüyü 10 gün öncə: yeni görüntülər - FOTO

8 декабря 2017 13:29

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Natavan Həbibi və reper Səid Əliyevin (Dado) boşanma xəbərləri son günlərə damğasını vuran xəbərlərdən oldu.

Müğənni ilk dəfə bu barədə sosial şəbəkə hesabında məlumat vermişdi.

Milli.Az 6 ay öncə ailə həyatı quran cütlüyün təxminən 10 gün öncəki görüntülərini əldə edib. Natavan və Dadonun rəqs görüntüləri ötən gün "5/5" verilişində Könül Kərimovanın qızının toyu ilə bağlı süjet zamanı göstərilən kadrlar arasında olub. 

4 gün öncə ayrıldıqları barədə məlumat yayan xanım müğənninin kadrlarda da xoşbəxt olmadığı diqqətdən qaçmır.

Qeyd edək ki, Bir neçə gündür ki, həyat yoldaşı Səid Əliyevdən (Dado) ayrılmağı ilə gündəmə gələn Natavan Həbibinin instaqram səhifəsi bağlanıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!