Bakıda hamı “Tarqovı”ya axışır

Day.Az представляет новость на азербайджанском языке

Artıq bir neçə gündür ki, paytaxtın Fəvvarələr meydanında ənənəvi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası açılıb.

Beşinci ili qeyd olunan yarmarkada 46 kiçik taxta köşk quraşdırılıb. Bu köşklərdə paytaxt sakinlərinə və xarici turistlərə müxtəlif çeşidli qida məhsulları - şirniyyatlar, salatlar, balıq qızartması, cürbəcür içkilər, Yeni il aksesuarları, bəzək əşyaları, kitablar və digər məhsullar təklif olunur.

Yeni ili rəngarəngliyi, parlaqlığı ilə qarşılayan yarmarka tək yerli sakinlərin deyil, xarici turistlərin də diqqətini cəlb edir. Hər kəs cibinə və tələbatına uyğun olaraq yarmarkadan nəsə almağa çalışır.

Axşamlar burada səslənən musiqi, gənclərin rəqs şouları yarmarkaya möhtəşəm cazibə qatır. İnsanlar Yeni il yolkasının, Yeni il atributlarının ətrafında şəkil çəkdirmək üçün növbə gözləyirlər.

Satıcılar isə öz müştərilərini gülərüzlə, mehribanlıqla bazarlıq etməyə çağırırlar.

Qeyd edək ki, yarmarkadan toplanan vəsait müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, aztəminatlı ailələrə sərf olunacaq və aksiya 2018-ci yanvarın 15-dək davam edəcək.

azvision.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Bakıda hamı "Tarqovı"ya axışır