Araz Abdullayev gözəl qolla Kipr klubuna qələbə qazandırdı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Kiprin "Anortosis" klubunun heyətində növbəti qolunu vurub.

Hücumçumuz çempionatın XV turunda "Alki" ilə ev oyununda fərqlənib. Start heyətində meydana çıxan A.Abdullayev ikinsi hissəyə əlavə edilən vaxtda-91-ci dəqiqədə möhtəşəm qola imza atıb.

Bu qol sayəsində "Anortosis" 2:1 hesablı əzmkar qələbə qazanaraq, 33 xalla yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, bu, Araz Abdullayevin "Anortosis"in heyətində ikinci qolu olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Abdullayev Kipr klubuna qələbə qazandırdı