Rusiyadan qonaq gələn qadınlarla birgə öldü

Day.Az представляет новость на азербайджанском языке

Ötən gecə Şəki rayonunda baş vermiş və 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Day.Az lent.az-a istinadən bildirir ki, Yevlax-Zaqatala-Gürcustan sərhədi magistral yolunda "Mercedes" və "Wolksfagen" markalı iki minik avtomobilinin toqquşması nəticəsində ölən qadınların 2 gün əvvəl Azərbaycana gəldiyi məlum olub.
İlkin araşdırmalardan sonra müəyyənləşib ki, Rusiya Federasiya vətəndaşları, ixtisasca həkim olan 1962-ci il təvəllüdlü Olqa Lesnikova və 1972-ci il təvəllüdlü Oksana Maskolnikova Rusiyanın Vladivastok və Kemerova vilayətindəndir. Hər iki rəfiqə əslən Şəmkirdən olan 68 yaşlı Rafael Qasımovun dəvəti ilə Azərbaycana gəliblər. Bildirilir ki, Olqa Lesnikova ilə yaxın münasibətləri olan R.Qasımov onu rəfiqəsi ilə birgə Azərbaycanda istirahətə dəvət edib. 1 gün Gəncədə qalandan sonra R.Qasımov qohumu İsa Abbasovla birgə Şamil Mehdiyevin idarə etdiyi taksi ilə Şəkiyə gəzməyə gediblər. Oradan qayıtdıqda isə Şamil Mehdiyevin sürdüyü "Wolksfagen Passat" əks istiqamətdə hərəkət edən "Mercedes"ə çırpılıb.
 
Qəza nəticəsində Rusiyadan Azərbaycana qonaq gəlmiş rusiyalı qadınlarla birgə, onları dəvət edən Rafael Qasımov və sürücü vəfat edib. Avtomobildəki digər sərnişin İsa Abbasov, eləcə də "Mercedes"lə Şəkiyə toya gedən 1996-cı il təvəllüdlü Murad Bağırov, 1992-ci il təvəllüdlü Elvin Qasımlı və Rəşad Aslanlı ağır və orta-ağır xəsarətlər alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.