Tovuzda hərbçiləri daşıyan maşın qəzaya düşdü: yaralı var

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayonunda yol qəzası baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, radisə rayon ərazisində baş verib.

Rayonun girişində "Mercedes" markalı avtomobil hərbçiləri daşıyan maşınla toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişin, Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Qasımova Rübabə Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.