Dünyanı heyrətə gətirəcək piyada zolaqları Türkiyədə

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin qərbində, Aydın vilayətində piyadaların təhlükəsizliyi üçün yerli bələdiyyə tərəfindən maraqlı üsul tətbiq olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, piyadaların təhlükəsizliyini daha yaxşı təmin etmək üçün yollara 3D formatlı piyada zolaqları çəkilib. Bu, öz növbəsində, sürücülərdə zolaqların havadan asılı vəziyyətdə olması təəssüratını yaradır.

Belə piyada zolaqlarının ölkənin başqa vilayətlərində də tətbiq ediləcəyi istisna olunmur.

Qeyd edək ki, Türkiyədə son 10 ildə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 42 mindən artıq insan ölüb və 2 milyondan çoxu müxtəlif dərəcəli xəsarət alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanı heyrətə gətirəcək piyada zolaqları Türkiyədə