Deputat: Ulu öndər Heydər Əliyevin həyatı bütöv bir tarixdir

Day.Az представляет новость на азербайджанском языке

Ulu öndər Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, addımları Azərbaycan xalqı üçün örnəkdir.

Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin fəaliyyətindəki ən böyük zirvə məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır:

"Bu zirvəyə gələnə qədər o, çox böyük keşməkeşli yollar keçib: "1993-1994-cü illərdə ölkə büdcəsi tamamilə boşaldılmış, inflyasiyanın həddi keçmiş SSRİ məkanında ən yüksək həddə çatmışdı. Ölkənin ümumi daxili məhsulunun artım tempindən söhbət belə gedə bilməzdi. Ölkənin əsas mikroiqtisadi göstəricilərinin hesablanması çətinliklər yaradırdı. Onların hansı baza üstündə ölçülməsi, hansı statistik məlumatların ardıcıllaşdırılması və sistemləşdirilməsi barədə problemlər var idi. İndi isə vəziyyət tamamilə fərqlidir. Belə ki, dünyada iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artım qeydə alınır".

Deputat bildirib ki, ölkənin iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Həmin ərəfədə bu məsələnin reallaşacağı çox paradoksal görünürdü. Çünki biz iqtisadiyyatın güclü olmasından yox, zəif iqtisadiyyatdan və onun aradan qaldırılmasından danışa bilərdik. Həmin dövrdə o, Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı. Heydər Əliyev dünya səviyyəli siyasətçidir və ölkəmizdə bugünkü inkişafın əldə olunmasında onun əməyi danılmazdır".

A.Hüseynov vurğulayıb ki, neft strategiyasının düzgün müəyyənləşdirilməsi və iqtisadi uğurlarımızın əsasında məhz Heydər Əliyevin islahatları dayanır.

Deputat əlavə edib ki, ulu öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir: "Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.