Məşhur drift pilotu azərbaycanlı "avtoş"ları kamikadzeyə bənzətdi

13 декабря 2017 09:52

Day.Az представляет новость на азербайджанском языке

10 illik drift təcrübəsi olan tanınmış idmançı, drift üzrə üçqat Ukrayna çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı, "Red Bull" komandasının sürücüsü, ötən həftə Küveytdə keçirilən "Red Bull Car Park Drift 2017"nin final yarışının hakimlərindən biri Oleksandr Qrinçuk (Aleksandr Qrinçuk) azərbaycanlı avtoxuliqanları həyatından bezmiş şəxslər adlandırıb.

Day.Az Milli.Az-a istinadən bildirir ki, vaxtilə, 2012-ci ildə ölkəmizdə səfərdə olan peşəkar driftçi azərbaycanlı pilotlardan yalnız "avtoş"ların fəaliyyəti ilə tanış olduğunu deyib: "Bəli, tanışlığım var - "avtoş"larla. Onlar həyatlarından bezmiş adamlardır. Axı ön hissəsi yüklənməmiş, qabağı qaldırılmış avtomobili sürmək olmur. Belə avtomobildə necə sürətlə getmək olar?! Onlar həyatından həddən çox bezmiş insanlardır, əsl kamikadzelərdir".

Onun sözlərinə görə, Azərbaycanda avtoidman yarışları üçün trek olmasa da, başlanğıc üçün hər hansı qapalı meydandan istifadə etmək olar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!