Bakıda 4 ulduzlu otel satılır: 8,5 milyona

Day.Az представляет новость на азербайджанском языке

Paytaxt Bakıda yerləşən 4 ulduzlu otel 8,5 milyona satışa çıxarılıb.

Day.Az axar.az-a istinadən xəbər verir ki, otel Bakı şəhərinin mərkəzinə yaxın ərazidə, Dəmir Yolu Vağzalının yanında yerləşir. Otel 95 otaqdan ibarətdir və 4 ulduzludur.

Otelin ərazisində böyük üzgüçülük hovuzu və fitnes mərkəzi də fəaliyyət göstərir.

Otel üçün müəyyən edilən ilkin satış qiyməti isə 8.500 000 manatdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.