Goranboyda "06" yük maşını ilə toqquşdu: 2 qardaş öldü

Day.Az представляет новость на азербайджанском языке

Goranboy rayonunda ağır yol qəzası olub.

Day.Az ARB TV-yə istinadla xəbər verir ki, Qarqucaq kəndində Elçin Əsgərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Elçin Əsgərov, onun qardaşı Tural Əsgərov və digər sərnişin - Kamil Qəhrəmanov dünyasını dəyişib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Fakt araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Goranboyda