Xızıda 187 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Day.Az представляет новость на азербайджанском языке

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan Day.Az-a verilən məlumata əsasən, dekabrın 13-də daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə, Məşədi Həsən kəndi ərazisində yaşıllaşdırma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 187 ədəd partlamamış hərbi sursat (PHS), 242 ədəd partlamış-yanmış mərmi qalıqları və 726 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 111 266 kv.m (11.13 ha) ərazi yoxlanılıb.
 
Ümumilikdə, 93 gün ərzində  21 622 ədəd partlamamış hərbi sursat (PHS), 12 401 ədəd partlamış-yanmış sursat qalıqları və 76 962 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 73 363 478 kv.m (7 336 ha) ərazi yoxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.