Xırdalanda 17 mərtəbəli binada yanğın: 25 nəfər təxliyə olundu

Day.Az представляет новость на азербайджанском языке

Xırdalanda 17 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Day.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Xırdalanın mərkəz prospektində yerləşən binada başlayan yanğın getdikcə şiddətlənib. Yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyə olunub.

FHN-nin briqada rəisi, polkovnik-leytenant Səbuhi Hüseynov sayta bildirib ki, hadisə zamanı xəsarət alan yoxdur. 

Təxliyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Xırdalanda 17 mərtəbəli binada yanğın