Gəncədə evdə partlayış: 14 yaşlı oğlan yaralandı

Day.Az представляет новость на азербайджанском языке.

Gəncədə evdə qaz sızmasından partlayış yaranıb. 

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.