Yükdaşıma qaydalarına nəzarət gücləndirilir

Day.Az представляет новость на азербайджанском языке

Yükdaşıma qaydalarına əməl edilməsinə nəzarət gücləndirilir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə xəbərdalıq edib.
Bundan sonra yükdaşıma qaydalarını pozan sürücülər yol polislərin iştirakı olmadan da cərimə ediləcəklər. Bu zaman texniki vasitələrin, xüsusilə nəzarət kameralarının imkanlarından istifadə ediləcək.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, yeni qərar sürücülərdə məsuliyyəti daha da artıracaq. Çünki əvvəllər sürücülər yol polislərinin olmadığı ərazilərdə məsuliyyətsizliyə yol verərək yükdaşıma qaydalarını pozurdular. Amma bundan sonra belə halların qarşısı alınacaq. Əks halda onların ünvanlarına elektron protokollar göndəriləcək.
Ərşad Hüseynovun sözlərinə görə, elektron protokolların tərtibinə yaxın günlərdə başlanacaq.
Ekspert deyir ki, bu yeniliyin böyük əhəmiyyəti var. Yükdaşıma qaydalarının pozulmasına görə baş verə biləcək qəzanın miqyası daha böyük ola biləcəyindən bu yeniliyin effektiv olacağı güman edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.