Bakıda şirkət rəhbəri həbs olundu

Day.Az представляет новость на азербайджанском языке.

---------
19:00

Bu gün kütləvi informasiya vasitələrində "Tikinti şirkətinin rəhbəri həbs olundu - Vəkili ilə birlikdə" başlıqlı xəbər yayılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, mənzil alıcılarının aldadılması şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən "Yeni Yasamal" MTK-nın rəhbəri ilə "vəkil" Habil Fətəliyevin saxlanıldığı qeyd olunur.

Hadisə ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası məlumat yayıb. Bildirilib ki, Vəkillər Kollegiyasının üzvləri sırasında Habil Fətəliyev adda vəkil mövcud deyil: "Kollegiya vəkil adından bu cür qanunsuz istifadə hallarını qəti surətdə pisləyir. Eyni zamanda, yaxın aylarda Vəkillər Kollegiyasının yeni internet səhifəsi istifadəyə veriləcək ki, orada bütün vəkillərin reyestri yerləşdiriləcək və gələcəkdə vəkillərin müyyən edilməsindəki bu kimi anlaşılmazlıqlar aradan qaldırılacaq".

---------
12:57

"Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, şirkət rəhbəri Yasamal rayonu , M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.