Şaxta baba, qar qız və musiqiçilər səyyar xidmətlərə başlayıblar

Day.Az представляет новость на азербайджанском языке

Şaxta baba, qar qız və musiqiçilər səyyar xidmətlərə başlayıblar.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, təqvim ilinin yenilənməsinə hələ 10 gündən artıq vaxt qalmasına baxmayaraq, onları indidən sifariş edənlər var. Fərqli proqramla çıxış edən bu kollektiv evlərə və şənliklərə müxtəlif qiymətlərlə gedirlər.

Bu kollektiv uşaqlarla oyunlar keçirir, onlara bayram abu havası təqdim edir. Musiqiçiləri sə hər zövqə uyğun canlı mahnılar ifa edirlər.

Evlərlə yanaşı həm də restoranlarda, ofislərdə, məktəblərdə və digər məkanlarda keçirilən yeni il şənliklərinə də dəvət alırlar.

İstəyə uyğun olaraq bayram günlərində kloun və ya hansısa cizgi filmi personajını da evinizə sifariş edə bilərsiniz. Bundan başqa övladlarınıza bayram hədiyyələrinizi də yeni il qəhrəmanları fərqli üsullarla təqdim edə bilərlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Şaxta baba, qar qız və musiqiçilər səyyar xidmətlərə başlayıblar