Biləsuvarda itin sədaqəti görənlərin heyrəti saldı

Day.Az представляет новость на азербайджанском языке

İtin biri ölsə də, digəri onun yanından ayrılmır. Gecə-gündüz ölü itin yanında qalan o biri it sadəcə nəsə yeyəndə və ya su içməyə gedəndə leşdən bir neçə metr aralanr.

Day.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, maraqlı hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində lentə alınıb.

Bir həftə öncə yolu keçən iki itdən birini avtomobil vurub. Ölmüş itin leşi yolun kənarına düşüb. Maraqlı orasıdır ki, sağ qalmış it ölmüş itin yanından ayrılmır. Şüursuz hesab etdiyimiz bu heyvanın sədaqəti görənlərin heyrətinə səbəb olub.

Həmin ərazidə meyvə satan Qılman İbrahimov deyir ki, ilk günlər ölmüş itin sanki keşiyini çəkən heyvana acından ölməmək üçün qida atsalar da, o, bunu yeməyib.

İndi yol kənarından ayrılmayan bu itə elə yoldan ötən sürücülər yemək verirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

İtin sədaqəti görənlərin heyrətinə səbəb olur