Yeni telekanala üç iddiaçı

Day.Az представляет новость на азербайджанском языке

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatıb.

Day.Az xəbər verir ki, MTRŞ-dan APA-ya verilən məlumata görə, qeyd olunan müddətdə 3 iddiaçı - "BAKU ART LAB" MMC, "Türkel TV" MMC, "MEDİA MASTER" MMC müsabiqəyə sənədlərini təqdim edib.

Qeyd olunub ki, "Televiziya və radio yayımı haqqında" qanunun tələbinə uyğun olaraq MTRŞ tərəfindən müsabiqənin elan  edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.