Azərbaycan - Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq

12 января 2018 20:00

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan - Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

 

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!