Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür

13 января 2018 09:47

Day.Az представляет новость на азербайджанском языке

Dünya Bankı "Azərbaycan kənd investisiyaları" layihəsinin üçüncü mərhələsinin (AZRIP-3) konsepsiyasının hazırlanmasını davam etdirir.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda kreditin məbləği müzakirə olunur: "Gündəlikdə bir neçə variant mövcuddur. Variantlardan birinə əsasən 90 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutulur, amma hələlik bu məbləğ dəqiq deyil və dəyişdirilə bilər".

Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankının Bakı ofisinin rəhbəri Nəvid Həsən Naqvi Trend-ə bildirmişdi ki, bank konsepsiyanı bu ilin sonunadək başa çatdırmağı planlaşdırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!