Goranboyda tapılan 104 yaşlı qadından xəbər var

13 января 2018 10:35

Day.Az представляет новость на азербайджанском языке

Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərilib.

Day.Az xəbər verir ki, bu barədə azvision.az-a "Tereza Ana" sığınacağından məlumat verilib.

Bildirilib ki, Mədinə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb. 

"Ona Bakıda lazım olan müvafiq tibbi yardım göstərilib. Lakin qadın Çeçenistanda yaşamaq istəyib", - deyə sığınacaqdan bildirilib. 

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində 104 yaşlı çeçen əsilli Mədinə Əliyeva Goranboy rayonunda tapılıb. Qadının bildirdiyinə görə, onu Mərbəla adı ilə Goranboya gətiriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!