Aygün Kazımovanın qızından yeni mahnı

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova "Sənsizəm mən" adlı mahnısını təqdim edib.

Mahnısı haqda Oxu.Az-a açıqlama verən İlqarə Kazımova bu il sənətində daha çox yenilik edəcəyini bildirib:

"Bu mahnıya çox inanıram. Əminəm ki, hər kəs sevəcək. Sözləri və musiqisi çox təsirlidir. Buna görə də mahnının müəllifi Muxtar Abseynova təşəkkür edirəm. İşlərimin davamı da gələcək. Artıq bir neçə bəstəkarla iş birliyinə başlamağı düşünürəm".

Qeyd edək ki, "Youtube" video portalında paylaşılan mahnıda İlqarənin səs tembrinin Aygün Kazımovanın səsinə bənzəməsi izləyicilərin gözündən yayınmayıb. Onlar "İlqarə Aygünsayağı boğazlar edir, əla alınıb", "Anasının səsinə oxşayır, amma Aygünə çata bilməz" kimi rəylər yazıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Aygün Kazımovanın qızından yeni mahnı