Rusiyanın qisası ağır oldu - Biri də qalmadı - FOTO

13 января 2018 11:04

Day.Az представляет новость на азербайджанском языке

Rusiya dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücum edən terrorçuların kimliyini müəyyən edib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı qruplaşmadakı müəyyən edilən terrorçuların hamısı öldürülüb.

Rusiya Müdafiə Nazirliyi trəfindən edilən yazılı açıqlamada, 2017-ci ilin son gecəsi "Hmeymim" aviabazasına hücum edən terrorçuların Suriyanın İdlib regionundakı qərb sərhəddinə yaxın bir bölgədə müəyyən edildiyi deyilir.

Bölgədə terrorçulara aid bir pilotsuz təyyarəsinin (PUA) də təsbit edildiyi açıqlamada "Suriyadakı Rusiya Xüsusi Təyinatlılarının (Spetsnaz) əməliyyatı zamanı PUA-sı məhv edilərkən, "Hmeymim" aviabazasına hücum edən terrorçuların hamısı zərəsizləşdirilib" ifadələrinə yer verilib.

 

Xatırladaq ki, Rusiyanın "Kommersant" qəzetinin 4 yanvarda verdiyi xəbərə görə, Rusiyanın Suriyanın Lazkiyə rayonunda yerləşən "Hmeymim" aviabazasına "müxalif qruplar" tərəfindən 2017-ci ilin 31 dekabr axşamı təşkil edilən hava hücumu zamanı 10-dan çox hərbçinin yaralandığı və ən az 7 döyüş təyyarəsinin yararsız hala gətirildiyi qeyd edilmişdi.

Rusiya Müdafiə Nazirliyi isə iddiaları qismən təkzib edərək, hərbi bazaya edilən hücum zamanı 2 hərbçinin dünyasını dəyişdiyi, 7 döyüş təyyarəsinin yararsız hala gətirildiyi barədə iddiaların isə həqiqəti əks etdirmədiyini bildirmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!