"Bizə gəlirdi, nə gizlədim ki ..." - Efirdə Zaurla münasibətlərini etiraf etdi

Day.Az представляет новость на азербайджанском языке

Dünən "5/5"in qonağı xalq artisti Səkinə İsmayılova olub.

Milli.Az xəbər verir ki, xanım xanəndə verilişin aparıcısı Zaurla dostluq münasibətləri və aparıcının milli musiqiyə marağının necə yarandığı barədə danışıb.

Aparıcının "Mənə muğamı sevdirən bu qadındır" sözlərindən sonra xalq artisti bildirib ki, Zaur onun ailəsinə yaxın bir insandır: "Gəlirdi bizə, mən onu nə gizlədim ki, dostumdur da. Deyirdi "istəyirəm muğama qulaq asam, sevəm. Qulaq asmamışam, o qədər maraqlanmamışam". Dedim yaxşı. Məni radioya çağırıb, arada reklam getdi. Bir də görürəm "gum-dum" səsli mahnılar. Dedim "Mən başa düşmürəm, ay Zaur. Mən qonaq gəlmişəm. Bu, nə musiqi, bu, nə mahnılardır? Bunları yığışdır, sən gəl keç bizim tərəfə. Gör bu muğamda nələr var. Xalq səni milli musiqiyə görə sevəcək". Elə də oldu. Bu gün hamının sevimlisidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.