Xatirə: “Sənin qeyrətini çəkən lazımdır…”

13 января 2018 12:53

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Xatirə İslam yenə tənqidlərə məruz qalıb.

Day.Az qafqazinfo-a istinadən xəbər verir ki, sənətçinin bir neçə gün bundan əvvəl "Bizimləsən" verilişində verdiyi açıqlaması sosial şəbəkələrdə müzakirə olunub.

Xatirənin proqramda  "Qardaşım cəbhə bölgəsində əsgərlikdədir. İmkan vermədi ki, kiməsə zəng vurub, yerini dəyişim, tapşırım" - deməsi birmənalı qarşılanmayıb. 

Müğənni instaqram səhifələrində tənqid və təhqirlərə məruz qalıb. Xatirə sözügedən açıqlamadan sonra bir neçə gün bundan əvvəl müzakirələrə səbəb olan qırmızı paltarda fotosunu paylaşıb.

Həmin fotoya 200-dən artıq şərh yazılıb və ifaçı yenə tənqidlərlə üzləşib. Xatirə bir neçə rəyi silsə də, əsəbilərini cilovlaya bilməyib.  O, sosial şəbəkə istifadəçinin təhqirinə susmayıb və "Ay üzdən iraq, sənin qeyrətini çəkən lazımdır. Ağıllı ol" şərhini yazıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!