Azərbaycanlı qız moda aləmini fəth edir

Day.Az представляет новость на азербайджанском языке

Səidə Muradova hər gün qlamur aksessuarlar taxmayıb. Azərbaycanda anadan olan Muradova gəncliyini qaçqın düşərgəsində keçirib, sonra İsveçə və Fransaya yollanıb. O, incəsənət və moda sahəsində təhsil alaraq, ABŞ-ın Nyu-York şəhərində öz işini qurub.

Oxu.az xəbər verir ki, bu barədə racked.com saytının Objec&Dawn aksessuarlar brendinin yaradıcısı, azərbaycanlı Səidə Muradovaya həsr olunan videosujetdə qeyd edilir.

Həmyerlimiz dünya xalqlarının etnik elementlərindən öz aksesuarlarında dizayn olaraq istifadə edir. O, hazırladığı aksessuarlarla artıq dünyada tanınmağa başlayıb.

S. Muradova qədimi bəzək əşyalarını yeni texnologiyaların köməyi ilə ərsəyə gətirir:

"Mən yeddi ölkə ilə əməkdaşlıq edirəm. Öz işlərimdə 3d printer və lazer texnologiyasından geniş istifadə edirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.