Güclü Azərbaycan ordusundan REPORTAJ

Day.Az представляет новость на азербайджанском языке

Ermənistandan fərqli olaraq Azərbaycanın qüdrəti artır, ordusu güclənir və maddi texniki bazası yenilənir. Prezident İlham Əliyev 2018-ci ildə ordu quruculuğu istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

ARB TV-nin əməkdaşları da "N saylı" hərbi hissəyə yollanaraq maraqlı süjet hazırlayıblar.

Hərbi hissə düşmənin canlı qüvvəsini və aşağıdan uçan obyektlərini məhv etmək üçün zirehli texnika, düşmən tankını və yüngül örtük arxasında gizlənən canlı qüvvəni məhv etmək üçün silahlarla təmin olunub.

Hərbi hissədə əsgərlərə verilən yeməklər də təmiz şəraitdə hazırlanır. Buradakı yeməklər ev yeməklərindən daha yaxşı dada malikdir.

Mehdi Haciyev - əsgər: "Nümunəvi xidmətimiz üçün hər cür şərait yaradılıb. İstər geyimlə, istərsə də yeməklə bağlı şərait yaradılıb.

Əsgər yataqxanasında da əsgərlərin rahat şəraitdə dincəlməsi üçün isti, səliqəli və işıqlı otaq yaradılıb. Əsgərlərin səhhətində hər hansı problem yaranarsa, bunun qarşısını almaq üçün hərbi tibb məntəqəsində hər cür şərait var.

Nemət İbrahimov - həkim: "Tibb məntəqsinin aptekin bütün lazımi dərman preparatları ilə təmin olunmuşdur. Buradan yazılan tələbnamələr əsasında apteki lazımi vaxtda dərmanlarla təmin edə bilirik".

Əsgərlər üçün nəzərdə tutulmuş çamaşırxana da hər cür şəraitlə təmin olunub. Əsgər və zabitlərin mələfələri, paltarları paltaryuyan maşınlar vasitəsilər yuyularaq qurudulur və müasir ütü vasitəsilər ütülənərək onların özlərinə təqdim olunur.

Müşahidən belə qənaətə gəlmək olar ki, Azərbaycan ordusunun gücü, qüdrəti günü-gündən artır. Ali Baş komandanımızın dediyi kimi, Azərbaycan ordusu nəyinki bölgədə, dünya miqyasında güclü ordular siyahısındadır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Güclü Azərbaycan ordusundan REPORTAJ