"İnstaqram müğənnisi deyiləm ki, durub ..." - Nazpəridən SƏRT CAVAB

13 января 2018 14:03

Day.Az представляет новость на азербайджанском языке

Dünən ARB-də verilişlərdən birində qonaq olan xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədəki fəal məşhurlarla bağlı mövzuya maraqlı münasibəti ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aparıcının "İnstqaram-da son zamanlar çox fəalsınız. Bu, məni çox sevindirir. Hərdən ağlınıza gəlmirmi ki, heç efirlərə çıxmayım, yeni mahnımı elə İnstaqram-da təqdim edim" sözləri xalq artistinin ürəyincə olmayıb.

Nazpəri Dostəliyevanın Sayqa Cahidin sözlərinə verdiyi cavabı təqdim edirik: "İnstqaram müğənnisi deyiləm ki, durub İnstaqram-la sənətimi təqdim edim. Biz bütün medianı ətrafımıza toplayıb, böyük mətbuat konfransı keçirməklə səhnəyə gəlmişik, Sayqa. İnstaqram-da populyar olmaq göstərici deyil".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!