Siçanlar bankomata soxularaq pulları yedilər

Day.Az представляет новость на азербайджанском языке.

Qazaxıstanın paytaxtı Astanada siçanlar banklardan birinin bankomatına girərək oradakı pulları yararsız hala salıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bank yaydığı açıqlamasında siçanların bankomatlardan birinin kasetindəki pulları yararsız hala salmasını təsdiqləyir. Rəhbərlik son vaxtlar paytaxtda müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar olaraq gəmiricilərin bankomatlara sığındığını bildirib. Eyni zamanda, gəmiriciləri heç bir təhlükə gözləmədiyini açıqlayıb. 

Bank dəyən zərəri açıqlamasa da, yerli KİV məbləğin 100 min tenqe (təxminən 300 dollar) olduğunu yazır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Siçanlar bankomata soxularaq pulları yedilər